Panik atak xəstəlik deyil, əlamətdir

95

Həyəcan, qorxu, təşviş, stress və gərginlik kimi anlar hər kəsin qarşılaşa biləcəyi hallardır, amma həmin hallar dəfələrlə təkrarlananda insan psixologiyasına mənfi təsir edir.

Hər kəs orta hesabla ömrünün 2,2 ilini əsəb gərginliyi şəraitində keçirir. Bunun nəticəsində isə müasir psixologiyada panik atak adlanan hal yaranır.

NUHÇIXAN xəbər verir ki, psixoterapevt Əli Nağıyevin dediyinə görə, panik atak xəstəlik yox, əlamətdir:” Həmin əlamət zamanı birdən-birə əllər soyuqlaşır, ürəkdə döyünmə hissi çoxalır, bədəni soyuq tər basır və ən pisi odur ki, ölüm qorxusu yaranır. Sağlam adamda da panik atak təhlükəsi yarana bilər. Depressiyalı xəstələrdə panik atak təhlükəsi daha çox olur. Panik atakdan şikayət edənlərdə heç bir patologiya aşkar edilmir və çox vaxt həmin nəticələrə inanmayaraq başqa həkimə üz tuturlar. Bununla yanaşı, panik pozuntu adlanan nevroz forması da var, yəni hər an panikaya düşəcəyini gözləyirsən, başqa sözlə, panikadan panika yaranır. Bu, daha çox müxtəlif fobiyalar zamanı baş verir”.

Həkim-psixoterapevtin dediyinə görə, həmin hallar zamanı təşvişə düşmək lazım deyil:“Panik atak baş verəndə sakit və rahat yerdə oturmaq lazımdır. Həmin vaxt başını hündür yerə söykəyib uzanmaq da olar. Yaxın və doğma adamların əhatəsində olmaq daha yaxşıdır. Lakin ən başlıcası əmin olmaq lazımdır ki, bu hal tezliklə ötüb keçəcək. Həmin hal ötüşəndən sonra psixoterapevtə müraciət etmək lazımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: