Osteoporoz – yaranma səbəbləri və fəsadları

144

Osteoporoz skeletin metobolik xəstəlik olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir.

Osteoporozun baş vermə səbəbləri nələrdir?

NUHÇIXAN Azərbaycan Tibb Universitetinə istinadən xəbər verir ki, sümüyün normal inkişafı üçün Ca, P, mikroelementlər, zülallar, vitaminlər kifayət qədər olmalıdır. Əgər uşaq bətndaxili dövrdə bunları ala bilmirsə, gələcəkdə onda osteoporoz inkişaf edə bilər.

Sümük toxumasının əsas hissəsi, təxminən 85 faizi uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır. Bu azalma kişilərdə ildə 0,5 faiz, qadınlarda isə 4 faizlə özünü büruzə verir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Bu hal hamıda baş verir, lakin bəzilərində daha qabarıq şəkil alır. Qadınlarda 40-45 yaşlara qədər, yəni menopauzaya qədər sümüklərin möhkəmliyini estrogenlər (cinsi hormonlar) qoruyub saxlayır, lakin sonra onların ifrazı azaldığından sümük kütləsi də azalmağa başlayır.

Menopauzanın ilk beş ilində bu proses daha intensiv gedir. Cərrahiyyə əməliyyatları vasitəsilə yumurtalıqların çıxarılması, hormonal müalicə aparılması qadınlarda menopauzanın erkən başlanması riskini yüksəldir. Estragenlər isə qalxanvarı ətraf vəzi hormonunun antaqonistidir. Bu hormon qanda Kalsiyum artırır və bu hormon artdıqca sümüklərdən Ca-un çıxması baş verir. Hamiləlik (çoxsaylı doğuş) və laktasiya (süd vermə) dövründə qadınlar daha çox Ca itirirlər. Risk yaşla əlaqədar olaraq artır. 50 yaşdan sonra xəstəliyə düçar olma riski daha yüksəkdir, yayılma sürətinə görə isə ürək-damar xəstəliyi və süd vəzisinin xərçəngi ilə bir cərgədə durur.

Genetik meyllik, menopauzanın erkən baş verməsi risk amillərinə aiddir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: