Ordubadda tibbi aksiya keçirilib

141

NUHÇIXAN xəbər verir ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının bir qrup professor-həkim heyəti Ordubad Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya keçirib. Kliniki xəstəxananın cərrah, lor, terapevt həkimlərindən təşkil olunan briqadası 800-dən artıq müayinə və müalicə  həyata keçirib. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn təcrübəli həkimlərlə birgə cərrahi əməliyyatlarda və müayinələrdə iştirak ediblər.

Aksiya çərçivəsində Ordubad rayonunda isə aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 38 nəfərin  üzərində əməliyyatlar aparılıb.

Qeyd edək ki, Respublika Kliniki Xəstəxanasının professor-həkim heyəti bundan əvvəl Şahbuz rayonunda aksiya  keçiriblər.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: