“Nissan” şirkəti hibrid avtomobillərin və elektromobillərin satışının kəskin artımını proqnozlaşdırır

83

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Nissan” şirkəti bəyan edib ki, yaxın gələcəkdə şirkətin gəlirinin əsas hissəsi ekoloji təmiz avtomobillərin satışından əldə ediləcək.

NUHÇIXAN  xəbər verir ki, hazırda elektromobillər və hibrid avtomobillər Yaponiya şirkətlərinin satışının 20 faizini təşkil edir. Şirkətin rəhbərliyinin proqnozlarına görə, 2025-ci maliyyə ilində həmin göstəricinin 50 faizə çatacağı gözlənilir.

Şirkət tərəfindən 2022-ci maliyyə ilinin sonunadək daha üç elktromobil və beş hibrid avtomobil növünün buraxılışı nəzərdə tutulur ki, həmin maşınlar “e-Power” avtomobillər adlandırılır.

“e-Power” qurğusuna malik olan hibrid avtomobillər kiçik benzin mühərriki ilə təmin edilib və o, ehtiyac yarandığı təqdirdə güclü akkumlyatoru enerji ilə təchiz edir. Bu avtomobillərin təkərləri yalnız elektrik mühərriki tərəfindən hərəkətə gətirilir. Eyni zamanda, 2030-cu maliyyə ilinədək “Toyota” şirkəti də istehsalın yarısını elektrmobil və hibrid avtomobillərlə əvəz etməyi planlaşdırır. “Honda” şirkəti isə həmin avtomobillərin istehsalın üçdə ikisini təşkil edəcəyini proqnozlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: