Nehrəmdə zavod tikilir

74

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Nehrəm kəndində yeni zavod inşa edilir.

Üzüm istehsalı üçün nəzərdə tutulan zavodda ilk olaraq gücü 2000 ədəd tara olan yeni istehsal sahəsi istifadəyə veriləcək. Zavod həmçinin kişmiş, üzüm şirəsi, üzüm sirkəsi məhsullarının istehsalını da həyata keçirəcək.  Yeni istehsal obeykti  iş yerlərinin açılmasına da şərait yaradacaq. Nehrəmdə bu sahənin özünəməxsus ənənələri var. Hələ Sovetlər Birliyi dövründə bu kəndin üzümçüləri becərdikləri bağlardan tonlarla məhsul götürüblər.

Qeyd edək ki, 2015-ci ildə Nehrəm kəndində muxtar respublikanın ən böyük üzümçülük təsərrüfatı yaradılıb. Bu gün bu təsərrüfatda  20-ə yaxın üzüm sortları yetişdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: