Naxçıvanlı gənc atlet bütün rəqiblərini üstələdi

48

Aprel ayının 21 də Xırdalan şəhərində ağır atletika üzrə respublika çempionatının ikinci seçmə mərhələsinə start verilib.

NUHÇIXAN xəbər verir ki, turnirin ilk günündə Naxçıvan  Muxtar Respublikasının  Şərur rayonunu təmsil edən Həsən Babayev 46 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib. Təmsilçimiz birbaşa qaldırmada 45 kiloqram, təkanla qaldırmada isə 55 kiloqramlıq nəticə göstərməklə birinci olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: