Naxçıvanda yeniyetmə rəssamların sərgisi keçirilib

120

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda  rəsm əsərindən ibarət sərgi təşkil olunub.

Sərginin açılışında çıxış edənlər muxtar respublikada gənclərə və yeniyetmələrə rəssamlıqla məşğul olmaları üçün hər tərəfli şərait yaradıldığını vurğulayıblar. Mütəmadi olaraq Rəssamlar Birliyi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində ustad dərsləri keçirilir və sərgilər təşkil olunur.

Yeniyetmə rəssamlar “Ustad dəsrlərinin uğurlu yekunu” adlı uşaq sərgisində və Uşaq Yaradıcılıq Mərkəzlərinin istedadlı və yaradıcı dərnək üzvləri arasında keçirilən sərgidə fəal iştiraklarına görə diplomlarla təltif olunublar.

Sonra tədbir iştirakçıları 85 yeniyetmə rəssamın çəkdiyi tarix-mədəniyyət abidələri və muxtar respublikanın təbiətini əks etdirən 160-dan çox əsərə baxıblar.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: