Naxçıvanda yaşıllaşdırma işləri intensivləşib

83

Naxçıvan Muxtar Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən nuhcixan.az-axəbər verilib ki,  muxtar respublikada meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər görülüb.

Cari ilin ilk rübündə 172 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 221 min ağac və gül kolu əkilmişdir. Qeyd edək ki, 1990-cı illərdə muxtar respublikada yaşıl örtük sahəsi ümumi ərazinin bir  faizini keçmirdisə, hazırda bu göstərici 14 faizdən çoxdur. Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda kompleks monitorinq laboratoriyası da yaradılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: