Naxçıvanda uşaqlar üçün qanvermə aksiyası keçirilib

238

“1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aksiyasının keçirilməsində əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır. Aksiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak ediblər. Aksiyada hemofiliyalı və talassemiyalı uşaqlara köçürülmək üçün 6 litrdən artıq qan toplanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: