Naxçıvanda təcili tibbi yardım avtomobilləri istehsal ediləcək

327

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Avtomobil Zavodunda hazırda premium sinif avtomobillərinin yeni modelləri istehsal olunur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə burada avqust ayından etibarən təcili tibbi yardım avtomobilləri də istehsal ediləcək.

Müəssisədə hazırda “NAZ-Lifan-330” modelində olan avtomobillərin istehsalı həyata keçirilir. Müştəri rəğbəti qazanan yolsuzluq avtomobili sayılan X60 modelində olan avtomobillər isə yeni dizaynda daha da təkmilləşdirilmiş formada yığılır. Zavodda istehsal olunan premium sinif avtomobillərin yeni modellərində müəyyən dəyişikliklər aparılıb. Belə ki, bu yeni model avtomobillər əvvəlkilərdən fərqli olaraq həm avtomat, həm də mexaniki sürət qutusu ilə təchiz olunub. Bu da müştərilərə geniş seçim imkanı verir.

Yaxın günlərdə zavodda “Lifan”ın yeni 650 modellərinin də istehsalı nəzərdə tutulub. Bu da avtomobil sənayesində yeni keyfiyyət dəyişikliklərinin yaranmasına imkan verəcək.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: