Naxçıvanda peşə kursları keçirilir - FOTOLAR

680

NUHÇIXAN xəbər verir ki, payız-qış aylarında qazanxanaların ixtisaslı kadrlarla təmin olunması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində  qazanxana maşinisti peşəsi üzrə hazırlıq kursuna başlanılıb. İxtisaslı mütəxəssislər tərəfindən  tədris olunan kursa 20 müdavim cəlb edilib. Kursun müddəti 1 ay olacaq. Müvafiq peşə üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində də kurs təşkil edilib. Hazırda həmin  peşə kursunda 13 məhkum təhsil alır.

Naxçıvan şəhərində yaradılacaq xalça istehsalı emalatxanasının kadr təminatı da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Regional Peşə Tədris Mərkəzində  xalçaçılıq sənəti üzrə tədris-hazırlıq kursu da davam etdirilir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən dəvət olunan mütəxəssislərin iştirakı ilə  keçirilən kursa 58 müdavim cəlb edilib. Onlardan 25-i  tədris proqramını artıq tam mənimsəyib.

Kursun sonunda iştirakçılara “Azərxalça” tərəfindən sertifikatlar veriləcək  və həmin toxucular  xalça istehsalı  emalatxanasında  işlə təmin olunacaqlar.

                                                          Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: