Naxçıvanda Çernobıl qəzasının 32-ci ili qeyd edilib

65

1986-cı ilin aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında  baş verən qəza nəticəsində güclü radioaktiv sızma minlərlə insanın həlak olmasına, sağlamlıqlarının itirilməsinə və yaşayış yerlərini tərk etməsinə səbəb olub.

NUHÇIXAN xəbər verir ki, bu texnoloji qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində  muxtar respublikanın 500 nəfərə yaxın sakini iştirak edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayonlarda bu münasibətlə  keçirilən tədbirdə qeyd olunub ki, bu gün Çernobıl qəzası nəticələrinin aradan qaldırılması zamanı zərərçəkmiş muxtar respublika sakinlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən  onların müalicələrinin  təşkili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, nəqliyyat vasitələri ilə təmin edilməsi, müxtəlif sosial xidmətlər istiqamətində davamlı tədbirlər  həyata keçirilir. Sonra Çernobıl qəzasının  ləğvində iştirak edən 257 nəfərə hədiyyələr təqdim edilib. Sağlamlıq imkanları məhdud şəxslər də unudulmayıb. Onlar  isə evlərində ziyarət olunub və  hədiyyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: