Naxçıvanda bu gün magistraturaya qəbul imtahanının II mərhələsi keçirilib

235

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a verilən məlumata əsasən, bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi keçirilir.

İmtahan Naxçıvan şəhərində Naxçıvan Dövlət Üniversitetinin binasında aparılıb.

İmtahan-saat 12:00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın idarə olunmasına 2 imtahan rəhbəri, 21 nəzarətçi-müəllim ayrılıb.

İmtahanda iştirak etmək üçün 218 bakalavr qeydiyyatdan keçib. İmtahan Dövlət İmtahan Mərkəzinin təlimatına uyğun aparılıb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: