Naxçıvanda bayram yarmarkası keçirilir

274

NUHÇIXAN xəbər verir ki, bu gündən Naxçıvan şəhər Xətai küçəsi mərkəzi bazarda bayram yarmarkası təşkil olunub.

Bayram yarmarkasına bu dəfə digər ərzaq  malları ilə  yanaşı  sənaye və ailə təsərrüfatı məhsulları da çıxarılıb. Yarmarkada ev şəraitində hazırlanmış rəngarəng  şirniyyatlar, quş əti, balıq məhsulları, meyvə quruları alıcılara təklif edilir.

Bununla yanaşı satışa  ailə təsərrüfatlarında bəslənən diri heyvanlar da çıxarılıb.

Bayram yarmarkası dekabr ayının 31-nə kimi davam edəcək.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: