Naxçıvanda bayram atəşfəşanlığı olacaq

322

NUHÇIXAN xəbər verir ki, ötən illərdə olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Naxçıvan Muxtar Respublikasında yüksək coşqunluq və bayram atəşfəşanlığı şəraitində qeyd ediləcək.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolka bəzədilib, şəhər al-əlvan bayram libası geyinib, küçə və ağaclar bəzək işıqları ilə bəzədilib.

Yeni ilin son gecəsi-dekabrın 31-də şəhərin mərkəzində bayram atəşfəşanlığı olacaq, yanvarın 1-2-də isə konsert və əyləncəli proqramlar, ictimai-iaşə xidməti təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: