“Naxçıvan” Universitetində kitab təqdimatı olub

183

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın şair, publisist Vaqif Məmmədova həsr olunmuş  “Vətənə bağlı şair ömrü”  kitabının təqdimat mərasimi keçirilib. 

Tədbirdən öncə Aypara Behbudovanın kitablar toplusunu əks etdirən videoçarx nümayiş  etdirilib. 

Sonra “Naxçıvan” Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu tədbirdə kitab haqqında geniş məlumat verib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın,  həmin kafedranın müəllimləri İman Cəfərlinin, Nicat Yaqubovun, “Naxçıvan” Universitetinin Elmi Kitabxanasının baş kitabxanaçısı Emilya Süleymanovanın və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi  Könül Cəfərsoyun çıxışları dinlənilib. 

Qeyd olunub ki, Aypara  Behbudova  50-dən çox elmi məqalənin, 9 kitabın tərtibçisi və 5 kitabın müəllifidir. 

Tədbirə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vuraraq Aypara Behbudovaya yaradıcılıq uğurları arzulayıb. 

Müəllif ona yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıq edib.

                                                                    Nuray Cəfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: