Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış keçirilib

135

NUHÇIXAN xəbər verir ki,  yarışda Naxçıvan komandası ilə Şimali Amerikanın Bermuda (Hamilton) komandası qarşılaşıb. azerichess.az saytı vasitəsilə yayımlanan oyunda komandamızın heyətində 10 zəka sahibi (8 oğlan, 2 qız), rəqibin heyətində isə 5 şahmatçı ağ-qara taxtada mübarizə aparıb.

10 oyundan ibarət olan görüşün nəticəsinə əsasən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 8:2 hesabı ilə qələbə qazanıblar. Görüşdə ən maraqlı nəticəyə isə 8 yaşlı zəka sahibimiz Ramal Həsənov imza atıb. Belə ki, o, rəqibin heyətində mübarizə aparan beynəlxalq əmsalı 1876 olan 52 yaşlı Sergey Gontçarovu məğlub edib.

Qeyd edək ki, komandamızın heyətində Nəsrin Cəfərli, Zahid Allahverdiyev, Emil Salmanov, Rasim Ağayev, Oğuz Cabbarlı, Ramal Həsənov, Fateh Məmmədov, Azərin Cəfərli, Ercan Sevdimalı və Ümid Hüseynli təmsil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: