Müsabiqənin qalibləri mükafatlandırılıblar

176

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçiriləcək “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikasının  Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan müsabiqə dörd yarışmadan ibarət olub. “Təbiət sevər”, “Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə, “Vətənpərvər” qısametrajlı film, “On/off” video yarışmalarında gəzənlər öz bacarıqlarını sərgiləyiblər.  Qalibləri sosial şəbəkə iştirakçıları seçiblər. Belə ki, Gənclər və İdman Nazirliyinin “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsində aparılan yarışmada səhifə izləyicilərinin səsverməsi nəticəsində ən çox “bəyənmə” toplayan ilk 3 video qalib olub. “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsinin “Təbiətsevər” yarışmasının qalibi Naxçıvan Dövlət Universitetinin komandası olub. “Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə yarışmasının qalibi adına isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatimə Həsənova layiq görülüb. “Vətənpərvər” qısametrajlı film yarışmasında Naxçıvan Dövlət Texniki Kollecinin komandasının çəkdiyi film qalib adını qazanıb. Son olaraq “On/off” video yarışmasının qalibinin adı açıqlanıb. Bu, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kənan Hacızadə olub.

Mükafatlandırma mərasimində qalib komandaların videoları nümayiş etdirilib. Sonra qalib komandalar və onların üzvləri mükafatlandırılıblar.Tədbir Naxçıvan Dövlət Universitetinin simfonik orkestrının ifasında konsert proqramı ilə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: