“Naxçıvan” jurnalının növbəti sayı çapdan çıxıb

212

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının növbəti sayı çapdan çıxıb.

NUHÇIXAN xəbər verir ki, jurnalın bu nömrəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il  31 yanvar tarixli Sərəncamına əsasən azərbaycanlıların soyqırımına həsr olunub. Jurnalda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla  bağlı rəsmi, tarixi  sənədlər və AMEA Naxçıvan bölməsinin əməkdaşlarının tutarlı faktlarla yazdığı  geniş məqalələr yer alıb. Həmçinin realist rəssam Bəhruz Kəngərlinin 1919-21-ci illərdə çəkdiyi “Qaçqınlar” silsiləsindən olan rəsm əsərləri də oxuculara təqdim edilib.

Qeyd edək ki,  “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bu günə qədər onlarla sayı  nəşr olunaraq geniş oxucu auditoriyasına çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: