Naxçıvan idmançısı Türkmənistanda ölkəmizi təmsil edəcək

166

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə 1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək.

Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq. Dünya çempionatında Azərbaycanın  ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Millimizin heyətində mundialda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon Ağır Atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də iştirak edəcək. İdmançımız bu dəfə körpüçük üzərinə 89 kiloqram çəki dərəcəsində çıxacaq. Azərbaycan yığmasının heyətində mübarizə aparacaq digər idmançılar isə bunlardır: Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi – 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi – 73 kq), Kənan Əliquliyev (81 kq).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: