“Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiya işıq üzü görüb

117

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyası işıq üzü görüb.

Bölmənin informasiya şöbəsindən naxcivantv.az-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.

Üç fəsil, nəticə, xülasə və ədəbiyyat siyahısından ibarət olan yeni nəşr Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr edilib. Monoqrafiyada Naxçıvanın dialekt və şivələrinin, zəngin dil faktları əsasında söz yaradıcılığının müqayisəli-tipoloji, struktur-semantik təhlili verilib, həmçinin ədəbi dillə əlaqəsi və digər bu kimi məsələlər ətraflı araşdırılıb.

Tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçilik, şifahi söz sənəti, o cümlədən xalqımızın soykökü, etnoqrafiyası üçün xüsusilə faydalıdır.

Monoqrafiya gələcək tədqiqatlar üçün də əhəmiyyətli elmi mənbədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: