Muzeylər ziyarət olunub

443

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları yeni istifadəyə verilən Duz muzeyini ziyarət ediblər.

NUHÇIXAN xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Heydər Əliyev muzeyində, Naxçıvan Muxtar Respublikası Ədliyyə, Fövqəladə Hallar Nazirliklərinin kollektivi Biznes Mərkəzində olublar. Gənclər və İdman nazirliyinin kollektivi Dövlət Bayrağı Muzeyini, Mədəniyyət Nazirliyi  Naxçıvan Dövlət Tarix Muzeyini, Təhsil Nazirliyinin əməkdaşları isə Ədəbiyyat Muzeyini gəziblər. Səhiyyə Nazirliyinin kollektivi  Xan sarayı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin kollektivi isə  Xalça muzeyindəki eksponatlara baxıblar. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev muzeyini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət qulluğu məsələləri üzrə komissiyanın əməkdaşları Bəhruz Kəngərli muzeyini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollektivi isə Xatirə muzeyini gəziblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi Nəbatat bağında,  Dövlət Meliorasiya və Su Təsərrüfatı komitəsinin əməkdaşları görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin  Ev Muzeyi,  Statistika Komitəsinin əməkdaşları isə böyük ədib Hüseyn Cavidin Ev Muzeyində olublar. Muzeylərdə ziyarətçilərə ekspozoiya ilə bağlı geniş məlumat verilib.

                                                                                              Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: