Aztəminatlı ailələr diqqət mərkəzindədir

291

Bu ilin 7 ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 66 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün onlara lazımi köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu barədə ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı barədə danışaraq bildirib ki, Şərur, Babək, Ordubad və Culfa rayonları üzrə, ümumilikdə, 10 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrin hər birinə yanında balası olan iribuynuzlu mal-qara verilib.

Daha sonra Babək rayon Cəhri kənd sakini Məleykə Məmmədova çıxış edərək göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.

Tədbirin sonunda aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: