Muxtar respublikada 12 yeni heyvandarlıq təsərrüfatı yaradılıb

304

Ötən il Sahibkarlığa Kömək Fondunun maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında heyvandarlıq təsərrüfatına 1 milyon 750 min 300 manat məbləğində kredit verilib.

NUHÇIXAN xəbər verir ki, bu ilin yanvar-aprel aylarında isə 12 yeni heyvandarlıq təsərrüfatı yaradılıb və ya genişləndirilib. Babək rayonunun Nehrəm, Culfa rayonunun Bənəniyar və Milax  kəndlərinin bir neçə sakini götürdükləri, ümumilikdə 80 min manatdan artıq krediti heyvandarlıq təsərrüfatına sərf ediblər. Yeni yaradılan və ya genişləndirilən heyvandarlıq təsərrüfatlarında yem bazasının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.

  Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: