Muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunub

294

NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  doqquzuncu  sessiyasında verilən tapşırıqların icrası  və qarşıda  duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin   Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2018-ci ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, 2018-ci ildə muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Ali Məhkəmənin sədri bildirib ki, Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Qanunvericilik bazası mütəmаdi оlаrаq təkmilləşdirilib. Məhkəmə orqanlarının yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması məhkəmə sisteminin daha da müasirləşdirilməsinə səbəb olmaqla yanaşı, ədalət mühakiməsinin tam, obyektiv və qərəzsiz aparılmasına, məhkəmə nöqsanlarının və işlərə baxılmasında gecikdirilmə hallarının aradan qaldırılmasına, məhkəmə qərarlarının vaxtında icra olunmasına, məhkəmə müdafiəsi hüququnun daha möhkəm şəkildə təmin olunmasına şərait yaradıb.

Məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilib.

Sonra məruzə ətrafında çıxışlar olub. Muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələri, şəhər və rayon məhkəmələrinin sədrləri 2018-ci ildə gördükləri işlərə dair məlumat veriblər.

Ali Məhkəmənin sədri işdə buraxılan nöqsanlardan da danışıb, 2019-cu ildə həmin nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlərin görüləcəyini bildirib.

                                                                   Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: