Müdafiə Sənayesi Nazirliyində bu ilin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

109

Dekabrın 24-də Müdafiə Sənayesi Nazirliyində (MSN) 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

MSN-dən NUHÇIXAN-a bildiriblər ki, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2018-ci il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib. Bildirilib ki, 2018-ci ildə MSN-in müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı verilmiş sifarişlər yüz faiz yerinə yetirilib və respublikanın güc strukturlarına təhvil verilib. Eləcə də 2017-ci ildən qalan sifarişlərin icrası tam təmin olunub.

Müşavirədə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı ilə bağlı 2019-cu ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: