Moldovalı səfir muxtar respublikanı gəzib

181

Moldovanın ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri George Leuka Naxçıvanda səfərdə olub.

NUHÇIXAN xəbər verir ki, qonağa Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının sosial-iqisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər, iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin əhəmiyyəti vurğulanıb.

Səfir burda sərgilənən muxtar respublikada istehsal olunan ərzaq  məhsullarına, Naxçıvan avtomobil zavodunun istehsal etdiyi avtomobillərin fotoşəkillərinə, o cümlədən ailə təsərrüfatı məhsullarına, Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı loqotipi və Naxçıvanın istehsal müəssisələrinin xəritəsinə baxıb.

Naxçıvanın duz istehsalı mədəniyyətindən xəbər verən müalicəvi məkan olan “Duzdağ Fizioterapiya Mərkəzi” səfirin marağına səbəb olub. Qonağın diqqətinə çatdırılıb ki, bu yaxınlarda Naxçıvanda yaradılan duz muzeyi Naxçıvanda duzçıxarma mədəniyyətinin tarixini özündə əks etdirir.

Xatırladaq ki, səfir bu gün 6-cı beynəlxalq “Caspian Energy Forum 2018” də iştirak edib.

  Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: