Milli Məclisin növbəti plenar iclası keçirilir

82

Aprelin 24-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

NUHÇIXAN xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa (İkinci səsvermə) baxılacaq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.

Deputatlar, həmçinin “Peşə təhsili haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə edəcəklər.

Bundan başqa, “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlarda, həmçinin İnzibati Xətalar, Cinayət, Vergi məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək.

İclasda, həmçinin “Məşğulluq haqqında” qanun layihəsi barədə müzakirələr aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: