Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

114

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muzeydə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Bildirilib ki, Mehdi Hüseynzadə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. Bəşəriyyətin faşizm əsarətindən xilas olmasında onun göstərdiyi misilsiz xidmətlərdən danışılıb.

Qeyd olunub ki, “Mixaylo”nun hərbi şücaəti sovet cəmiyyətinə ölümündən 13 il sonra məlum olub və 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.  Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

Sonra yazıçı-publisist, filoloq Azər Hacıbəyli, Sloveniyanın Nova Qoritsa şəhərində Hüseynzadənin şərəfinə ucaldılmış abidənin müəllifi, Xalq rəssamı Akif Əsgərov və digərləri çıxış edərək “Mixaylo”nun qəhrəmanlıqlarından, Azərbaycan tarixindəki rolundan danışıblar.

Konfrans muzeyin “Mehdi Hüseynzadə guşəsi”ndə davam etdirilib. Burada iştirakçılar qəhrəmanın müəllifi olduğu rəsm əsərləri və xatirə əşyalarından ibarət sərgi ilə tanış olublar.

Sonda ailəsi adından Hənifə Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: