Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev… Azərbaycan tarixində canlı xatirə”

78

Mərakeşin geniş oxucu auditoriyasına malik “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Prezident Heydər Əliyev… Azərbaycan tarixində canlı xatirə” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycanın Mərakeşdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasiminin keçirildiyi bildirilir. Müəllif qeyd edir ki, yerli ictimai xadimlərin, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərinin iştirak etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib.

Məqalədə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi mənalı və zəngin həyat yolundan, Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilir. Qeyd olunur ki, SSRİ-nin yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman olan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, ölkənin iqtisadi dirçəlişi üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdi.

Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan müəllif Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafında rolunu xüsusi vurğulayır.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulur, İslam Əməkdaşlıq Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələr qəbul etdiyi bildirilir. Bu qətnamələrdə təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyi, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmasını tələb etdiyi diqqətə çatdırılır.

Məqalədə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verilir.

Sonda müəllif müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin gördüyü böyük işlərlə öz xalqının xatirəsində yaşadığını və daim yaşayacağını vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: