Kulinarlarımızın növbəti uğurları

167

Mayın 15-də “Trend” şirkətlər qrupunda Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) əməkdaşlarının İran və Sloveniyadakı Beynəlxalq Kulinariya çempionatlarında iştirakına həsr edilmiş mətbuat konfransı keçirilib.

NUHÇIXAN xəbər verir ki, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov komandanın fəaliyyətindən söhbət açıb.

Bildirib ki, aprelin 30-dan mayın 3-dək Azərbaycan aşpazları – Abdulla Əmiraslanov, İlhamə Məmmədova, Rövşən Qəniyev, Milli Kulinariya Mərkəzinin baş texnoloqu Gülnar Ələsgərovanın rəhbərliyi ilə İranın Zəncan şəhərində keçirilən “İpək yolu mətbəxi” festivalında ölkəmizi təmsil ediblər. Festivalda 10 ölkə iştirak edib.

Aşpazlarımızın hazırladığı yeməklər festivalın kubokuna, diplom və mükafatlara layiq görülüb.

Mayın 8-dən 11-dək isə komandamız Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərovanın rəhbərliyi ilə Sloveniyada “Krajinska Gora–2018” III Beynəlxalq Kulinariya Çempionatında iştirak edib.

Bildirilib ki, bu yarışa 15 ölkədən 400-dən çox aşpaz qatılıb. Münsiflər heyətində Mavritaniya, Mərakeş, Xorvatiya, Rumıniya, Serbiya, Sloveniya, İtaliyadan olan münsiflər iştirak edib.

Yarışmada ölkəmizi təmsil edən Seymur Cavadov və Nicat Babayev milli və müasir mətbəx siniflərində qalib olaraq qızıl və gümüş medallar qazanıblar.

Cavadov Seymur 2 qızıl medal qazandığı üçün finala çıxan 4 iştirakçıdan biri olub və qara qutu yarışmasında iştirak edib. O, finalda ikinci yerə çıxaraq çempionatın gümüş kubokunu qazanıb.

Nicat Babayev də çempionatın ən gənc və kreativ peşəkar aşpazı kimi kuboka və diploma layiq görülüb.

Beləliklə komandamız 5 yarış sinfində 5 nəticə (2 qızıl, 3 gümüş) qazanıb.

Bildirilib ki, tədbir çərçivəsində kulinarlarımız Slovakiyanın Çepovan qəsəbəsində qardaşlıq qəbiristanlığında uyuyan Mehdi Hüseynzadənin məzarını ziyarət ediblər.

Sonda T.Əmiraslanov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: