“Konfliktologiya” dərsliyi çapdan çıxıb

98

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, dosent Elman Yusifovun və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının ictimai-siyasi fənlər kafedrasının müdiri, dosent Müşfiq Ramazanovun həmmüəllifi olduqları “Konfliktologiya” adlı dərslik nəşr olunub.

İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, dərslikdə konfliktologiyanın müstəqil elm kimi təkamülü, əsas konflikt nəzəriyyələri, konfliktlərin müasir tədqiqat metodları, strukturu, dinamikası, funksiyaları kimi məsələlər əksini tapıb. Habelə Azərbaycanın ictimai və elmi fikir tarixində konflikt problemləri tarixi kontekstdə araşdırılıb, konfliktologiyanın metodoloji prinsipləri və onların idarə edilməsi üsulları açıqlanıb.

Dərslik DTX-nin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri, həmçinin konfliktologiya kursunu öyrənən digər universitetlərin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər üçün nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: