Kollektivlər  şahmat yarışında mübarizə aparır 

148

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən nazirlik, komitə, xidmət, idarə və müəssisələrin kollektivləri arasında şahmat turnirinə start verilib. “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olun turnir Naxçıvan Şahmat Mərkəzində keçirilir. Televiziya əməkdaşlarının da iştirak etdiyi yarışda ümumilikdə 62 şahmatçı qalib olmaq üçün mübarizə aparır. Məqsəd nazirlik, komitə, xidmət, idarə və müəssisələrinin kollektivləri arasında şahmat idman növünün təbliğ edilməsidir. İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət olan turnirə dekabrın 24-də yekun vurulacaq. Ən çox xal toplayan şahmatçı turnirin qalibi adını qazanacaq. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə qalib gələn əməkdaşlara fəxri fərman və pul mükafatları təqdim olunacaq.

 

Elvin Quliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: