Kollektivlər Naxçıvan şəhərindəki muzeylərdə olublar

194

NUHÇIXAN xəbər verir ki, Muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam edir.

Muxtar Respublika Prokrorluğunun kollektiviNaxçıvan Duz Muzeyini ziyarət edib. Muzeydə sənətkarların keramika, oyma və yandırma üsulları ilə ərsəyə gətirdiyi əl işləri ziyarətçilərdə maraq doğurub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub.  Məlumat verilib ki, mərkəzdə 94 müəssisə tərəfindən 192 növdə 1000-dən çox çeşiddə məhsul sərgilənir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublika İdarəsinin kollektivi Ədəbiyyat Muzeyini ziyarət ediblər. Ziyarətçilərə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar,  qəzet, jurnal, xatirə əşyaları  və digər muzey materialları barədə ətraflı məlumat verilib.

Nəbatat bağında olan Hesablama Palatasının kollektivinə məlumat verilib ki, burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genefondu bağı yaradılıb.

Dövlət Baş Sığorta Agentliyinin  kollektivi Bəhruz Kəngərli muzeyində eksponatlara baxıb, burada böyük rəssamın rəsm əsərləri ilə yaxından tanış olublar

Heydər Əliyev Muzeyində Dövlət Energetika Xidmətinin kollektivinə dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə  ətraflı məlumat verilib.

Dövlət Baytarlıq Xidmətinin kollektivi«Naxçıvanqala» Tarix Memarlıq Muzey Kompleksini ziyarət edərək Naxçıvanın qədimliliyini özündə əks etdirən xalçalar, Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları və digər eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.

Naxçıvan şəhərində fəaliyyət göstərən bank və kredit təşkilatlarının kollektivləri Xan sarayında olub. Məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasında xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.

Naxçıvan Dövlət Xalça Muzeyində olan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivinə Naxçıvanda xalçaçılıq sənətinin qədimliyini, tarixiliyini sübut edən və muzeyin əsas ekspozisiyasına daxil edilən xalçalar haqqında ətraflı məlumat verilib.

Naxçıvan Dövlət  Rəsm Qalareyasını ziyarət edən Naxçıvanqaz İstehsalat Birliyinin kollektivi Azərbaycanın və Muxtar Respublikamızın tanınmış rəssamlarının müxtəlif janrlarda çəkdikləri əsərlərə maraqla baxıblar.

Dövlət Tarix Muzeyində  olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivini kollektivinə məlumat verilib ki, burada Naxçıvanın qədim, orta, yeni və ən yeni dövrlərini özündə əks etdirən 50 minə yaxın eksponat var ki, onlardan 3 mindən artığı ekspozisiyada sərgilənir.

                                                                                  Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: