“Kitablar tozlanmasın” səyyar layihəsi keçiriləcək

168

“Kitab qoy, kitab götür” devizi altında “Kitablar tozlanmasın” səyyar layihəsinin oktyabrın 5-də saat 11:00-da Naxçıvan şəhərindəki Saat meydanının qarşısında təbliğat kampaniyası keçiriləcəkdir. NUHÇIXAN xəbər verir ki, kampaniya zamanı bu layihədə oktyabr ayı ərzində mütəmadi iştirak edənlərə kitab hədiyyə olunacaqdır. Qeyd edək ki, layihə çərçivəsində “Oxunması zəruri olan kitablar”, dünya və Azərbaycan ədəbiyyatından nümunələr alınıb gənclərin istifadəsinə veriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu lahiyə qarşıdakı aylarda muxtar respublikanın şəhər və rayonlarında, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində də keçiriləcəkdir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: