Kişi həndbolçulardan ibarət milli komandamız Maltaya yollanır

71

Kişi həndbolçulardan ibarət milli komandamız ciddi sınaq qarşısındadır.

NUHÇIXAN Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, həndbolçularımızı 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizə gözləyir.

Azərbaycan seçməsi bu məqsədlə sabah Maltaya yola düşəcək.

Xatırladaq ki, 2018-ci il sentyabrın 28-də Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda qərarlaşan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq.

Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. Yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız ertəsi gün Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: