Kaliforniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilib

59

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilib.

Naxcivantv.az-ın məlumatına görə, “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turnirin bundan sonra hər il 28 may – Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.

San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.

Dörd turdan ibarət olan turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50 şahmatçı öz güclərini sınayaraq, altı bölmədə mübarizə aparıblar.

Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbyacanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman dünyasında ilk dünyəvi respublika olması, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi müstəqillik yolu, əldə etdiyi nailiyyətlər, ölkəmizdə şahmat idmanının inkişafı barədə məlumat verilib, kitabçalar paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: