Kəngərlidə elmi-praktik konfrans olub

91

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının həmrəylik ideyasının müəllifidir” mövzusunda  elmi-praktik konfrans keçirilib.

Elmi-praktik konfransda YAP Kəngərli rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva həmrəylik gününün tarixindən, Dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsi ilə bağlı keçirilən mühüm tədbirlərdən  danışıb.

Qeyd olunub ki, ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə 31 dekabrı “Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü” kimi təsis edib.

Konfransın sonunda “Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü”nə həsr olunmuş videomaterial nümayiş olunub.

Xanım  Rüstəmzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: