Kəngərli rayonunda ümummilli liderin 95 illiyi qeyd edilib

108

Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbiri YAP Kəngərli rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva açıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. 1990-1993-cü illərdə, ölkəmizin ağır dövründə Naxçıvan Muxtar Respublikasında ulu öndərimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib, muxtar respublikanın erməni təcavüzündən xilas olması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülüb.   Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyevin 2004-cü ildə yaratdığı Kəngərli rayonu qısa zamanda böyük inkişaf yolu keçib.

Tədbirdə vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və fəaliyyətində  təhsil xüsusi yer tutur. Ölkəmizə istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev təhsilə daim  elmi strateji sahə kimi baxıb. “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır” -deyən ulu öndərimiz Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görüb.

Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələrinin təqdimatı da olub. Məktəblilərin bədii qiraəti ilə ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.

Sonda tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: