İspanağı bişirmədən yeyin

183

İsveçin Linkopinq Universitetinin mütəxəssisləri ispanağın ən xeyirli vəziyyətini tapmaq üçün müxtəlif vasitələrlə onu bişirərək test ediblər.

NUHÇIXAN xəbər verir ki, araşdırma zamanı gəlinən nəticəyə görə, ispanaq bişirildikdə tərkibindəki antioksidanlar ölür. Buna görə də ispanağı çiy yemək daha faydalıdır.

İspanaqda lütein səviyyəsini nizamlı olaraq ölçən elm adamları, aşkar ediblər ki, bu maddə bitki bişdikcə təsirini itirir. Eyni zamanda ispanaq balaca parçalara bölündükdə də lütein tükənir. Araşdırmaya görə ispanaq isti ilə təmasda olmamalıdır.

Qeyd edək ki, lütein infarkt riskini azaldır və görmə qabiliyyətini yaxşılaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: