ISESCO Qüdsü 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib

118

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Qüds şəhərini 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib.

NUHÇIXAN ISESCO-nun rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Mərakeşin paytaxtı Rabatda keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildə elan olunmuş İslam Dünyası Mədəni İrsi İli çərçivəsində Qüdsdə müsəlman irsinin qorunması istiqamətində tədbirlər həyata keçiriləcək. Baş katib təşkilata üzv ölkələrin müvafiq strukturlarına müraciət edərək onları bu prosesdə fəal iştirak etməyə çağırıb. Bu kontekstdə İslam ölkələrində Qüdsə həsr olunmuş Mədəniyyət Həftələrinin keçirilməsi tövsiyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: