İraq və Suriya erməniləri Yerevanda etiraz aksiyası keçirirlər

131

Yaxın Şərqdə, xüsusən İraq və Suriyadakı erməni icmalarının nümayəndələri Yerevanda hökumət binasının qarşısındakı meydanda etiraz aksiyası keçirirlər.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları Nikol Paşinyanın Diaspor Nazirliyinin ləğv olunması qərarına etiraz edirlər. İraq erməni icmasının nümayəndələri jurnalistlərə bildiriblər ki, nazirliyin ləğvindən sonra onlar pasport və mənzil məsələləri üzrə müraciət etmək üçün yer tapmırlar.

Suriya erməni icmasının təmsilçisi Razdan Toxmacyan isə bildirib ki, ləğv olunan nazirliyin nümayəndələri son on ildə onların problemlərinin həlli üçün çox işlər görüblər. Onun sözlərinə görə, bu qurumun yerini dolduracaq heç bir təşkilat yoxdur.

Aksiya iştirakçıları öz iradlarını bildirən müraciətin mətnini N.Paşinyanın nümayəndəsinə təqdim ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: