İranda Azərbaycan dilində film çəkilişinə icazə veriləcək

65

İranda Azərbaycan dilinin inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirməyə hazırıq.

NUHÇIXAN xəbər verir ki, bu sözləri İranın mədəniyyət və İslam irşad naziri Seyid Abbas Salehi deyib.

Onun sözlərinə görə, rejissorlar Azərbaycan dilində film çəkmək, yazıçılar isə Azərbaycan dilində əsər yazıb çap etdirmək üçün nazirliyə müraciət etsələr onlara sözsüz icazə veriləcək.

Təbriz şəhərinin 2018-ci il üçün İslam aləminin turizm paytaxtı elan edilməsi münasibətilə keçirilən tədbirdə iştirak edən nazir onu da bildirib ki, milli dildə teatr tamaşalarının nümayişində də problem olmayacaq.

S.A.Salehi Təbriz şəhərinin İranın iqtisadi və siyasi həyatında mühüm rol oynadığını vurğulayıb.

Nazir qeyd edib ki, tədbirlər çərçivəsində Prezident Həsən Ruhaninin iştirakı ilə “Azərbaycan dilində düzgün danışaq” kitabının təqdimat mərasimi keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: