“iOS” sistemi yeniləndikdən sonra “iPhone” istifadəçiləri problemlərlə rastlaşıblar

107

Bütün dünyada “iPhone” smartfonu istifadəçiləri mobil rabitə ilə bağlı problemlərlə üzləşiblər. Onlar problemlərin “Apple” şirkəti “iOS” əməliyyat sistemini 12.1.2 versiyasınadək yeniləyəndən sonra başlamasını bildirirlər.

NUHÇIXAN “Rambler” resursuna istinadən yazır ki, xüsusilə Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya istifadəçiləri nasazlıqların yaranmasından şikayət edirlər. Problemlərlə ən çox isə ABŞ və Hindistan sakinləri qarşılaşırlar.

Öz növbəsində şirkət nümayəndələri tərəfindən qurğunun yenidən yüklənilməsi və mobil operator sazlamalarının yenilənməsinin tövsiyə edilməsinə baxmayaraq, istifadəçi rəylərinə görə, bu kömək etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: