“Instagram” bloqerlər üçün xüsusi funksiyaları sınaqdan keçirir

125

“Instagram” proqramı çoxlu sayda abunəçisi olan istifadəçilər üçün şəxsi mesajlara girişi məhdudlaşdırmağa, həmçinin səhifə barədə daha ətraflı statistika əldə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirir.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, belə hesabın sahibi “Direct”ə (“Instagram”da şəxsi mesajlarla mübadilə xidməti) girişi yalnız müəyyən istifadəçilər üçün əlçatan edə bilər. Digər istifadəçilər isə ona yaza bilməyəcək.

“Biz “Instagram”ı fanat cəmiyyətlərinin yaradılması üçün ən yaxşı və ən sadə meydançaya çevirmək, həmçinin məzmun yaradıcılarına öz brendlərini yaratmaqda kömək etmək istəyirik” – internet şirkətin meneceri Eşli Yuki deyib.

Bundan başqa, bloqerlər daha təkmil statistika ilə təmin ediləcək ki, bu da onlara səhifənin populyarlığını və abunəçilərin aktivliyini ətraflı təhlil etməyə kömək edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: