“İnam” musiqi qrupu əsgərlərlə görüşüb

61

Ümummilli lider Heydər Əliyevin anadan  olmasının 95 illiyi münasibəti ilə məhdud fiziki imkanlılardan ibarət “İnam” musiqi qrupu əsgərlərin qonağı olub.

NUHÇIXAN xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” hərbi hissəsində baş tutan konsert proqramında “Naxçıvan”, “Türkün qartalı”, “Mən bir dəniz olardım” və digər musiqi nömrələri ifa olunub. Zabit və əsgərlər tərəfindən alqışlarla qarşılanan konsertin təşkilatçısı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Konsert proqramında əsgərlər rəqs edib, ulu öndərimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Sonda musiqi kollektivinin üzvlərinə əsgərlərlə birlikdə nahar edib.

Qumral Qurbanova

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: