İdmançılar üçün Yay məktəbinə start verilib

182

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, gənclərin Ağbulaq İstirahət mərkəzində asudə vaxtının səmərəli keçməsi və istirahəti üçün tədbirlər davam edir. 30 iyul 2018-ci il tarixdə Ağbulaq İstirahət Mərkəzində növbəti dəfə Kikboksinq, Güləş, Yüngül Atletika, Şahmat, Futbol və Karate-do federasiyaları idmançılarının Yay məktəbinə start verilib.

İstirahət Mərkəzi ilə tanışlıqdan sonra idmançılar müxtəlif idman oyunları oynayıblar. Günün sonunda iştirakçılar üçün “Girdab” bədii filmi nümayiş olunub. Yay məktəbi avqustun 2-nə qədər davam edəcək. 

Yay məktəbi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: