“Huawei” ön kamerası displeyə qurulmuş “Nova 4” smartfonunu təqdim edib

135

Çinin “Huawei” şirkəti “Nova 4” smartfonunu təqdim edib.

NUHÇIXAN “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, sözügedən smartfonda displeyin sol yuxarı küncündə kiçik dəlik mövcuddur. Orda 25 meqapiksellik ön kamera yerləşdirilib. Smartfon “Kirin 970” prosessoru ilə təchiz edilib, 2310×1080 piksel təsvir ölçülü çərçivəsiz displeyin diaqonalı 6,4 düymdür. Aparat 8 QB-lıq əməli yaddaşa, 128 QB-lıq daxili yaddaşa malikdir.

Smartfonun əsas kamerası özünə diqqət çəkir. Həmin kamera 48, 16 və 2 meqapiksellik təsvir ölçülü 3 moduldan ibarətdir. Qurğunun arxa səthində, həmçinin barmaq izləri skaneri yerləşdirilib. “Huawei Nova 4” aparatının daxili akkumulyatorunun tutumu 3750 milliamper/saat təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: