Hindistan Günəşin öyrənilməsi ilə bağlı kosmik stansiya quracaq

106

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı 2020-ci ildə Günəşin tədqiqi üzrə “Aditya-L1” adlı kosmik stansiya qurmağı planlaşdırır. Bu barədə “OneIndia” xəbər portalı məlumat yayıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kosmik missiyanın təşkilində Banqalordakı Astrofizika İnstitutu, Punadakı Astronomiya və Astrofizika Universiteti Mərkəzi və ölkənin digər elmi mərkəzləri iştirak edirlər. Proqrama bir sıra özəl şirkətlər də cəlb olunub. Ekspedisiyanın başlıca məqsədi günəş tacının, xromosferin və müxtəlif spektrlərdə günəş şüalanmasının öyrənilməsidir. Alimlər “Aditya-L1” aparatının Günəş fizikasına aid bir sıra məsələlərə aydınlıq gətirəcəyinə ümid bəsləyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: