“Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik”

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

75

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasıın 95-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasıın növbəti məşğələsi keçirilib.

NUHÇIXAN xəbər verir ki, sayca iyirmibeşinci məşğələni giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açıb. Dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürəyində yaşayan arzular Heydər Əliyevlə reallaşıb.

“Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu  ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir.

Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçirilən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Məruzəçi deyib ki , Heydər Əliyev bütün həyatı boyu Vətəninin, Xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.

E. Cəfərli müstəqil Azərbaycanın bugünki inkişaf yolunun əsas istiqamətlərindən danışarkən qeyd edib ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.

“Heydər Əliyev: tarix və tale” mövzusunda məruzə ilə çıxış edən komitənin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, zamanın hər anı bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Heydər Əliyev yoluna sədaqətdir. Bu yol dönməz və əbədi müstəqilliyimizin qarantıdır. Bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. HEYDƏR ƏLİYEV YOLU ilə daim irəliyə gedən Azərbaycan daim inkişaf edib çiçəklənəcək.

Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü  münasibətilə tabeli gömrük orqanlarının əməkdaşları arasında keçirilmiş şahmat  turnirində fərqlənmiş əməkdaşlar mükafatlandırılıb.

Tədbirə yekun vuran Komitə sədri  vurğulayıb ki, Azərbaycanda eləcə də Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının keçdiyi inkişaf yolunun da müəllifi ulu öndər Heydər Əliyedir. Ümummilli liderin bu sahədə həyata keçiridyi ardıcıl tədbirlər ölkəmizin iqtisadi təhlükəsizliyinə və sosial-iqtisadi inkişafına layiqli töhfələr verir.

Sonda tədbir iştirakçıları “Dahi şəxsiyyət ” adlı filmə baxıblar

Rahil Tahirli

NTV xəbər

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: